Yazıda Peyğəmbərimizə salavatı qısaldaraq "s.a.s" yazmaq olarmı?
Aleykum salam. Peyğəmbərin adının qarşısında yazılan (sallallahu aleyhi və səlləm) sözünü "s.a.s", "s.a.v" yaxud "s" və s. bu kimi qısa hərflərlə, ifadələrlə yazmağı alimlər şiddətli şəkildə qınamışlar və bunun çox bəyənilməyən hal olduğunu söyləmişlər. Əksinə, onlar demişdirlər ki, Quran ayəsinə görə peyğəmbərin adı çəkildikdə, yaxud yazıldıqda qarşısında salavat sözünü bütov "sallallahu aleyhi və səlləm" şəkildə yazmaq lazımdır. Uca Allah buyurur: "Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua (salavat) verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın". (əl-Əhzəb, 56).
Hədislərdə salavatın müxtəlif deyiliş formaları bizə gəlib çatmışdır. Bunların ən qısa və ən çox işlənən "sallallahu aleyhi va səlləm" formasıdır. Həmçinin "sallallahu aleyhi va alə əlihi va səlləm" deyərək də salavat göndərmək olar. Həmçinin oxuyun:
Peyğəmbərə salavat gətirməyin fəziləti
Salavat necə deyilməlidir?