Duha namazını hər gün qılmaq vacibdirmi?
Sual:
salam Aleykum bilmek isderdim duha namazını qılmaga başlanıldısa het gün qılmaq vacibdirmi yoxsa imkan olduqca qılmaq olar
Cavab:
Aleykum salam. Ümumiyyətlə Duha namazı vacib yox, təkid olunmuş sünnət namazlarındandır. İmkan olduqca qılmaq olar, hər gün qılmaq isə daha çox savabdır. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurub: "Allah qatında əməllərin (ibadətin) ən xeyirlisi, az olsa da, davamlı olanıdır". (Muslim: 782/216).
Daha ətraflı: Duha namazı necə qılınır?