Yuxuda tez-tez vəfat etmiş körpə uşağımı görürəm...
Sual:
Salam,
mənim körpə bir qızım doğulandan sonra öldü. Onu heç unuda bilmirəm.
çox tez - tez yuxumda ölmüş körpə qızımı sağlam, böyüyən və müxtəlif yaşlada görürəm . Çox vaxt yaxınlaşa bilmirəm . 1 - 13 yaşına qədər böyümüş görmüşəm.
Xahiş edirəm kömək edin. Heç özümə gələ bilmirəm. Çox əziyyət çəkirəm onun üçün darxıram.
Bu yuxular xahiş edirəm yozasınız
Cavab:
Aleykum salam. Uca Allaha dua edirik ki, sizə onun əvəzində gözəl və əməli-saleh övladlar versin və qiyamət günü onu sizin üçün şəfaətçi etsin. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Yuxular üç növdür: Uca Allahdan olan yuxu, Şeytandan olan qəmginlik gətirən yuxu, insanın oyaq olarkən fikirləşdiyi şeyləri yatarkən yuxuda görməsi". (əl-Buxari, 6499; Muslim, 4200). Qəmginlik və məyusluq gətirən yuxuları görməmək üçün yatmazdan qabaq ayətul-kursi oxumaq lazımdır. Daha ətraflı:
Pis yuxulardan necə qorunmaq olar?
Yuxu haqqında
Quranda və səhih hədislərdə yuxu yozma haqqında məlumat verilirmi?
Ölmüş körpə üçün ağlamaq
Malik ibn Dinarın yuxusu