"Sünnət" sözünün mənası nədir və digər suallar

    20.06.2015
Sual: 
salam aleykum.1.namazdan sonraki zikrleri ferz namazindan sonra demeliyikmi yoxsa sunnetide qilib sora desek olarmi.?2.sunnet sozunun menasi nedir?3.mescidde namaz qildiqdan sora hami ile goruwmek vacibdirmi?
Cavab: 

Aleykum salam.

  1. Fərz namazından sonra zikrləri edib daha sonra sünnət namazını qılmaq lazımdır. Daha ətraflı: Salam verib namazı bitirdikdən sonra edilən zikrlər 
  2. "Sünnə" sözünün lüğəvi mənası "yol" deməkdir. Dində isə "Sünnə" sözü bir çox mənalarda işlənir. "Sünnə" dedikdə əsasən, Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) hədisləri nəzərdə tutulur. Hədislər isə Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) özünün etdiyi əməllər, yaxud başqasında görüb etiraz etmədiyi əməllər, danışdığı sözlər, habelə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) xilqəti və əxlaqi xüsusiyyətləridir. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) həyatı boyunca etdiyi hər şeyə "Sünnə" deyə bilərik. Həmçinin "Sünnə" dedikdə, vacib əməllərin qarşılığı olan müstəhəb əməllər də nəzərdə tutulur. "Sünnət namazı" deyildikdə isə vacib olmayan, amma qılınarsa çoxlu savab qazandıran əlavə namazlar nəzərdə tutulur. Həmçinin oxuyun:          Sünnət namazları haqqında
  3. Məsciddə namaz qıldıqdan sonra hamı ilə görüşmək lazım deyil.

 

Teqlər: 
Paylaş: