Əmimin ölümündən sonra namaz qılmağı dayandırmışam...

    18.06.2015
Kimdən: 
şirinova sevinc
Sual: 
Salam men yuxda tez tez emimi görûrem o 6 aydir dûnyasni deyşib ona hedinen artx bagli idim o meni cox isdyrdi hey menen narahat idi.ind men dayim eyni yuxnu görûrem yuxmda emim meni danşdrmr kûsb menen men aglayram saclarni sigalyarag deyremki niye mene kûsmsen de neyi sef etmşem o ise mene deyrki sil o şekli sil o şekli .deyib meni elyle telyir.ama bilmrem o mene ne işaire verir.emim dörd ildki rusyadaydi ve orda dunyasni deyşdi men cox sarsldi demek olarki helede tesiri altindayam emimin cenazesni bir gûn evde saxladlar ve men seherekimi onunka qaldim baş ucnda mene ele gelrdki o tek qalsa ûşyecek .bu hisleri t başa sala bilmre ele vezyete dûşmsdmki icaze versele onu yaninan el cekmezdim qebu elye bilmrdim onun ölmnû sanki icimden nelerise sökúb meni yarim qoyubla.demek olarki özmde deylem.men namaz qilrdim emimi xeber cixdki onu ifakt vurb balsadadi.aylda biler aylmyada..men cox du etdi heda secdede meni yaş bûrdú menen asli olmyaraq ixdyarsiz gözlermne yaş dayanmadan secdeye tökldú cox du etdim Allahm meni onun yoxlguyla sinama .ele oldki emimin ölm xeber geldi sanki dûnyam altúsd olb.o gûnen sora namaz qila bilmedim..Allaha canm feda olsun ama bacarmram.
Cavab: 

Aleykum salam. Bu vəziyyət həm imanın, həm də dini məlumatların az olmasından qaynaqlanır. Allahın köməyi ilə aşağıdakı səhvləri aradan qaldıracağınıza ümid edirik:

  1. Ölüm son və ya ayrılıq deyil, əksinə, insan həyatının növbəti mərhələsinə keçiddir. Cənnətə düşən qohumlar isə orada birlikdə olacaqlar. Daha ətraflı: İnsan həyatının mərhələləri
  2. Dünyasını dəyişmiş əminiz üçün yaxşılıq etmək istəyirsinizsə, ağlamaq əvəzinə onun üçün Allaha dua edin, namazlarda onun bağışlanmasını, qəbir əzabı görməməsi və s. dua edə bilərsiniz. Həmçinin oxuyun: Övlad vəfat etmiş valideyninə nə yaxşılıq edə bilər?
  3. Pis yuxulardan qorunmaq üçün yatmazdan qabaq ayətul-kursi oxuyun və digər zikrləri edin: Pis yuxulardan necə qorunmaq olar?
  4. Ən vacibi isə, təcili namaz qılmağa başlayın, çünki bu, həm Allahın qədəri ilə razılaşmayaraq üsyan etmək, həm də ona ibadət etməmək kimi böyük günahlar qazandırır. Uca Allah buyurur: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır” (əl-Bəqərə, 155-157). Daha ətraflı: Səbr edənləri müjdələ!
Teqlər: 
Paylaş: