Kəbin pozularsa, evlənmək üçün qadını yenidən atasından istəmək lazımdır?

    20.06.2015
Sual: 
kebin pozulmus insan(sozle deyibse seni bosadim) yeniden kebin kesmek ucun gedib atasindan tezelden istemelidir? dul qadin tekdirse bir oglu varsa evlenmek ucun oglunun raziligini almalidir bele halda ozu qerar vere biler?
Cavab: 

Salam aleykum. Ümumiyyətlə bu məsələ (talaq) çox ciddidir və ona məsuliyyətsiz yanaşmaq olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Üç şey vardır ki, onların ciddi deyilməsi də, zarafatla deyilməsi də ciddi qəbul edilir. Bunlar: nikah, talaq və talaqı geri qaytarmaqdır (rici talaqdır)". (İbn Məcəh, 2039). 
Əgər boşadıqdan sonra arada olan 3 ay gözləmə (iddə) müddətində barışıq olmazsa, bəli, yenidən kəbin kəsdirib, vəlisinin razılığı və şahidlərin iştirakı ilə evlənmək lazım gələcək.
Qadının atası, qardaşı, əmisi və s. sağ deyilsə, ağlı başında olan və həddi-buluğ yaşına çatmış oğlu onun üçün vəli ola bilər. Həmçinin oxuyun:
Nikah bağlamağın qaydaları
İddənin müddəti nə qədərdir?

Teqlər: 
Paylaş: