Aşağıdakı ifadələrlə Allaha dua etmək olarmı?
Sual:
Salam. Allaha dua ederken allahın adlarını cekenden sora " ey kerım allah hanı senın kerımın, hanı senın rehmetın, hanı senın merhemetın, hanı senın genısh bexshıshun. Ey gızlınden xeberdar olan allah ey duaları seslerı eshıden allah ey menum pisliklerımı gızledıb gozellıklerımı uze cıxaran allah" deye allaha yalvarmaq olar mı?? Bırde allahdaan bır shey ıstersen vee olacaqına umıd edersen ve deyersen allahım yalvarıram. Duamı qebul ele nıyyetımı ver omrumun sonuna qeder cume axshamı ve gume gunlerı oruc tutaram deye nıyyet etmek olar mı????
Cavab:
Aleykum salam. 1-ci cümlədə qeyd etdiyiniz ifadələrlə dua etmək olmaz, çünki bu cür ifadələrlə dua etmək Uca Allaha qarşı ədəbsizlik sayılır. Ancaq "Ey gizlindən xəbərdar olan, səsləri eşidən Allah..." kimi ifadələrlə dua etmək olar. Həmçinin duanın qəbul olmasına ümid bəsləmək duanın ədəblərindən sayılır. Dua qəbul olduqdan sonra hansısa əməli edəcəyinə nəzir etmək bəyənilmir. Əksinə, xeyirli əməllər etmək, daha sonra dua etmək lazımdır. Həmçinin cümə günləri oruc tutmaq olmaz, 1-ci və 4-cü günlər oruc tuta bilərsiniz. Həmçinin oxuyun:
Niyyət edərək hər ay bir həftə nəzir orucu tutmaq barədə
Nəzir haqqında
Allah bizi eşidirmi və Allahın hansı adı ilə dua etsəm, yaxşı olar?
Dualarım qəbul olmur, nə edim?