Əsr namazının vaxtı girəndə işdə olduğum üçün onu zöhrlə birləşdirirəm...
Sual:
Salam. Men işdə zöhr və əsr namazlarını birləşdirib qılıram. Birləşdirməyimin səbəbi işdən eve gedib çatanda artıq əsr namazının başlama vaxtından 45-50 dəqiqə keçməsidir. Nece etmək daha xeyirli olar mənim üçün? İş vaxtı qurtarandan sonra qalıb işdə əsr namazını qılmağım daha xeyirli olardı, yoxsa bunun bir fərqi yoxdur?. Allah sizdən razı olsun. amin
Cavab:
Aleykum salam. Namazı vaxtın əvvəlində qılmaq ən fəzilətli əməllərdən olsa da, imkan olmadıqda vaxtı çıxana qədər qıla bilərsiniz. Bu səbəbdən evə gəlib çatdıqda əsr namazının vaxtı çıxmırsa, evdə qılın. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Namazların ilk vaxtında Allahın rizası, son vaxtında isə Allahın əfvi vardır". (ət-Tirmizi: "Məvaqit", 13). Həmçinin oxuyun: Namazları hansı hallarda birləşdirib qılmaq icazəlidir?