Qəza namazlarını günün hansı vaxtlarında qılmaq lazımdır?
Aleykum salam. Bəzi vaxtlarda nafilə namazları qılmaq qadağan olunsa da, bu qəza namazlarına aid deyil. Üzrlü səbəbdən namazı buraxmısınızsa, imkan yaranan kimi qəzasını qılmaq lazımdır. Uqbə ibn Amir (radıyəllahu anhu) belə rəvayət edir: "Rəsulullah (salləllahu aleyhi və səlləm) bizə bu üç vaxtda namaz qılmağı və ölülərimizi dəfn etməyi qadağan etdi: Günəşin doğuşundan yüksəlməsinə qədər, günəş təpə nöqtəsinə gəldiyi andan (zenit nöqtəsi) qərb istiqamətinə doğru meyl edənə qədər və günəşin batmağa meyl etdiyi andan tam batana qədər". (Muslim). Abudallah ibn Ömər (radıyəllahu anhumə) rəvayət edir: "Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu ki: "Heç biriniz, günəşin doğması və batması əsnasında namaz qılmasın". (əl-Buxari, Muslim və başqaları). "Günəş görünməyə başlayandan, üfüqdə tam çıxana qədər namazı dayandırın. Əgər günəş bir balaca üfüqdə gizlənərsə, tam batana kimi namazı dayandırın". (əl-Buxari, 583). Günün təpə nöqtəsində (zenit nöqtəsində) olması zöhr namazından bir müddət əvvəlki vaxtdır. Həmçinin oxuyun:
Qəza namazları neçə rükət və nə vaxt qılınır?
Zöhr namazının vaxtı ilə bağlı hədisi mənə izah edin...
Namazın vaxtları nəyə əsasən təyin olunub?