İstənilən molla kəbin kəsə bilərmi?

    02.08.2015
Kimdən: 
*
Sual: 
salam.kebini her molla kese biler?eger kiwi bowayiram deyirse artiq kebin pozulur?qadin kiwi bowansa yenidan kebin kesdire bilerler?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə kəbini şəriətlə səlahiyyəti çatan şəxslər kəsməlidir. Məsələn; Dini idarə, məscid imamları, islamda elm sahəsində tanınmış və ona etimad olunan şəxslər və s. Daha ətraflı: Nikah bağlamağın qaydaları
Ümumiyyətlə talaq (boşanma) məsələsi çox ciddidir və ona məsuliyyətsiz yanaşmaq olmaz. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə demişdir: "Üç şey vardır ki, onların ciddi şəkildə deyilməsi ciddi, zarafatla deyilməsi də ciddi qəbul edilir: Nikah, talaq və talaqı geri qaytarmaq (rici talaq)". ("əl-İrva" kitabı: 1826; İbn Məcəh: 1/658, №: 2039; Əbu Davud: 6/262, №: 2180; ət-Tirmizi: 2/328, №: 1195). Həmçinin oxuyun:
Kəbin pozularsa, evlənmək üçün qadını yenidən atasından istəmək lazımdırmı?
İslam fiqhi - Nigah fəsli

Teqlər: 
Paylaş: