Aşağıdakı zikrdəki sözlərin mənası nədir?
Aleykum salam. Bu sözlər elə Azərbaycan dilindəki "vəd" və "əhd" sözlərinə uyğundur.
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Allahummə, əntə Rabbi ləə iləəhə illəə əntə, xaləq'tənii va ənəə abdukə, va ənəə aləə ahdikə va va'dikə mə-s-təta'tu, əuuzu bikə min şərri mə sanə'tu. Əbuu-u ləkə bini'mətikə aleyyə, va əbuu-u bizənbii. Fə-ğ-fir lii fə innəhuu ləə yəğfiru-z-zunuubə illəə əntə!"
(Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa məbud yoxdur. Məni sən yaratdın və mən sənin qulunam. Gücüm çatan qədər Sənə verdiyim əhdə və vədə sadiqəm. Etdiklərimin şərindən Sənə sığınıram. Mənə verdiyin neməti etiraf edirəm və günahımı boynuma alıram. Məni bağışla! Şübhəsiz ki, günahları yalnız Sən bağışlayırsan!). (Kim bunları yəqinliklə axşam desə, sonra da o gecə ölüm ona gəlsə, Cənnətə daxil olar. Səhər də həmçinin. əl-Buxari, 7/150). Həmçinin oxuyun:
Səhər və axşam zikrləri
Müsəlmanın qalası (dua və zikrlər) kitabçası