Qadınların qızıl, ətir istifadə etməsi, şalvar geyinməsi və s. haqda

    17.07.2015
Kimdən: 
*
Sual: 
salam.qadin hec bir qizil bele taxmasa olarmi?yoxsa gunahdi? Qadin walvar geyine biler? Wampun sabun haramdi? Epilasiya(tukleri temizlemek veza temizletdirmek) haramdi?duxun istifade etmek olar? Gumuw haramdi? Kiwi aq qizil taxa biler ?cunki aq qizil gumuwe benzeyir axi.
Cavab: 

Aleykum salam.

  1. Qadının naməhrəmlərin yanında bəzənməsi qadağandır. Müsəlman qadınların, məhrəmlərin, həmçinin ərinin yanında bəzənə, həmçinin qızıldan zinət əşyaları varsa, istifadə edə bilər. Həmçinin əri üçün bəzənmək qadının ərinin onun üzərində olan haqlarındandır. Uca Allah buyurur: "De: "Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?" De: "Bunlar dünya həyatında (hamıya), Qiyamət günü isə yalnız möminlərə məxsusdur". Biz dərk edən adamlar üçün ayələri belə­ izah edirik". (əl-Əraf, 32).
  2. Həmçinin oxuyun: Müsəlman qadınların şalvar geyinə bilərmi?
  3. Şampun və sabun istifadə etməkdə heç bir qəbahət yoxdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Təmizlik imanın yarısıdır". (Muslim, 534; əd-Darimi "Vudu", 2; İmam Əhməd "Musnəd", 5/342-344).
  4. Bu cavabı oxuyun: Lazer epilyasiyası ilə tükləri aldırmaq icazəlidirmi? 
  5. Ətir vurmaq icazəlidir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ətir vurmağı sevərdi. Qadınlara məhrəmlərin yanında, həmçinin digər qadınların yanında ətir vurmaq olar. Amma küçəyə çıxarkən kişilərin yanından keçəcəksə və ya onlar olan yerə gedəcəksə, ətirlənmək olmaz. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: "Hər göz yad bir qadına baxıb göz zinası etmişdir. Bir qadın da gözəl ətirlər vurub kişilərin yanından keçsə, o da eynilə baxan kişilər kimi zina etmişdir". (ət-Tirmizi).
  6. Gümüşdən zinət əşyaları istifadə etmək olar, amma qab-qaşıq haramdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qızıl və gümüş qablarda heç bir şey içməyin və bu ikisindən emal olunan boşqablarda heç bir şey yeməyin. Çünki bu boşqablar dünyada müşriklər üçün, axirətdə isə sizin üçündür". (Muslim "Libas", 1).
  7. Bu cavabı oxuyun: Kişilər ağ qızıl taxa bilərlərmi?
Teqlər: 
Paylaş: