Botinkanın üzərinə məsh çəkmək olarmı?

    16.07.2015
Sual: 
Salam Aleykum.Allah sizlerden razi olsun.sualim budur ki, corabin mueyyen shertler daxilinde ustunden mehs cekilmesi haqda eshitmishem ve sizin saytda bu haqda oxumusham. video saytlarin birinde din adamlarindan birir esgere botinkanin ustunden mehs cekilmeyi icazeli oldugunu bildirib.xahish edirem bu haqda melumatiniz varsa esaslandirasiniz. cox sag olun.
Cavab: 

Aleykum salam. Ümumən corabların və ayaqqabının üstündən məsh çəkmək icazəlidir. Səhabələrin çoxundan corabların və ayaqqabıların üzərinə məsh çəkmək barədə hədislər səhih xəbərlər varid olmuşdur. Muğirə (radıyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) dəstəmaz aldı sonra da corablarının və ayaqqabılarının üstünə məsh çəkdi. (Əbu Davud "Təharət", 61, №: 159; ət-Tirmizi "Təharət", 74, №: 99). Həmçinin İmam Əhməd "əl-Musnəd" əsərində bu hədisi dəlil olaraq gətirmişdir. Həmçinin Yəhya əl-Bəkkə (rahiməhullahu) xəbər verir ki, Abdullah ibn Ömərin belə (radıyəllahu anhumə) dediyini eşitdim: "Corablar üzərinə məsh çəkmək xuflara (çəkənək, dəridən hazırlanmış xüsusi corab) məsh çəkmək kimidir". (İbn Əbi Şeybə "əl-Musannəf" əsəri, 1/173).
İbn Həzm (rahiməhullahu) isə belə deyir: "Geyinilməsinə şəriətdə icazə verilən və topuqlardan yuxarı olan, ayağa geyinilən hər hansı bir şeyin üzərinə məsh etmək sünnətdir. İstər dəri, keçə yaxud taxtadan hazırlanmış xuflar, istərsə də kətan parça, yun, pambıq, dəvə yunu yaxud keçi yunundan hazırlanmış corablar üzərindən dəri geydirilmiş olmasından asılı olmayaraq, yaxud xufun üzərindən geyinilmiş qaloş, yaxud xuf, yaxud corabın üzərindən geyinilmiş corab olsun fərq etməz, bunlara məsh çəkmək olar". ("əl-Muhəllə" kitabı, 1/321). Həmçinin oxuyun: Xoffların (ayaq üçün, dəridən hazırlanmış geyim) üzərinə məsh etmək

Teqlər: 
Paylaş: