Qadınlar hansı namazları səsli qılmalıdırlar?
Bu söz həm kişilərə, həm də qadınlara aiddir. Quran və səhih hədislərdə qadınlar üçün xüsusi namaz qaydaları bildirilməmişdir.
Namaz qılarkən, hətta səssiz namazlarda da dodaqlar tərpənməlidir. Oxumağa qadir olduğu halda namaz qılan hər bir kəs hərfləri tələffüz edərək dilini tərpətməzsə onun belə namaz qılması icazəli deyil. Səsli namazlarda isə nə çox yavaş, nə də çox ucadan olmamaq şərtilə bərkdən oxumaq lazımdır.
Hər dəfə rüküdan "səmiallaahu limən həmidəh, rabbənəə va ləkə-l-həmd" deyərək qalxdıqdan sonra "Allahu Əkbər" deyib təkbir gətirərək səcdəyə getmək lazımdır. Həmçinin də hər dəfə səcdədən qalxdıqda təkbir demək lazım gələcək. Qunuta gəlincə, qunut duası adətən vitr namazında tutulur. Digər namazlarda isə bəla və müsibət anı ehtiyaclı vaxtlarda tutulur. Daha ətraflı:
Namazın qılınma qaydası - VİDEO
Səssiz namazlarda hansı sözlər səslə deyilir?