Göz zinasından əl çəkə bilmirəm, namazı dayandırmalıyammı?

    20.07.2015
Sual: 
salam.sizden bir meslehet almaq isteyirem.men namaz qiliram ama kohne emellerimde el ceke bilmirem ozumde istemeden goz zinasi edirem.islamin wertlerine uygun hereket etmirem.emelimle namazim uygun gelmir.bele oldugu halda ne etmeliyem namazi saxlamaliyammi.bir sualda soruwum biz namazi Allah risazi ucunmu qiliriq yoxsa ozumuz ucun.?
Cavab: 

Aleykum salam. Günahlara görə narahat olmanız müsbət haldır. Günahdan əl çəkə bilmək üçün ibadəti daha da çoxaltmaq və şəriətdə buyurulmuş yollardan istifadə etmək lazımdır. Göz zinası və bunun nəticəsində baş verən günahlardan uzaqlaşmaq üçün Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurduğu kimi, evlənmək, imkan yoxdursa nafilə oruc tutmaq lazımdır. Həmçinin göz zinasına aparan vasitələrdən mümkün qədər uzaqlaşaraq yalnız zərurət olduqda istifadə etmək (televizor, internet və s.), qadınların açıq-saçıq geyindiyi yerlərə isə bacardıqca getməmək lazımdır. Möminlərlə dostluq etmək, məscidə çox getmək və camaat namazlarında iştirak etmək imanı artırır, gün ərzində Quran oxunmasına qulaq asmaq və Allahı çox zikr etmək isə şeytanın vəsvəsələrini uzaqlaşdırır. Daha ətraflı:
Masturbasiyanı necə tərgitmək olar?
Günahdan necə əl çəkim?
Namaz qılıb günah etməkdənsə, heç qılmamaq daha üstün deyilmi?

Paylaş: