Hədisləri inkar edənlər müsəlman, yoxsa kafirdirlər?

    30.07.2015
Kimdən: 
Turkay Nesibqizi
Sual: 
Salam aleykum Quraniler muselmandi ya kafir? Hedisi inkar edirler.
Cavab: 

Aleykum salam. Hədisləri inkar edərək dini yaşamaq mümkün deyil, çünki hər şeyin təfsilatı, hətta namazı necə qılmağın qaydası da hədislərdə bildirilmişdir. Hədislər də Quran kimi Allahdan vəhydir. Daha ətraflı: Hədislərə inanıb əməl etməyin vacibliyi
Ümumən şəriətdə qayda belədir ki, özünü müsəlman adlandıran, lakin hər hansı küfr əməli edənə həmin dəqiqə kafir deyilmir, çünki Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bundan şiddətlə çəkindirib. Ola bilsin ki, həmin adam bunu bilməməzlikdən edir, təqlid etdiyi və alim hesab etdiyi adamlar onu aldatmışlar, Quran ayələrini səhv başa düşmüşdür, əməli məcburən edir və s. Bu halların olması onun üçün üzrlü sayılır, elmli və hikmətlə dəvət etməyi bacaran bir insan ona haqqı gözəl tərzdə çatdırmalı, şübhələrini aradan götürməlidir. Bizim üzərimizə düşən onlara kafir demək yox, onları haqqa dəvət etməkdir. Bunun üçün yuxarıdakı məqaləni oxuyaraq mövzunu səbr və əxlaqla izah etmək, bunun üzərində inad göstərmək lazımdır. Daha ətraflı:
Cahillik üzrlüdürmü?
İslama dəvət necə olmalıdır?

Paylaş: