Vəfat etmiş atam tez-tez yuxuma girir, nə edim?

    24.01.2014
Kimdən: 
sebine melikova
Sual: 
Assalamu aleykum va rahmetullahi va beraketu. Atam 6 ay olar ki, rehmete gedib. Ancaq yuxularimdan chixmir. Etrafimdakilar deyir ki, çox fikirleshidiyin uchun tez-tez yuxuna girir. Her adna axshaminda onun adina yasin suresini oxuyuram. Gunahlarin bagishlanmasi uchun dualar edirem. Amma yene de yuxuma girir. Xahish edirem bir meslehet veresiz. Evellceden sag olun!
Cavab: 

Aleykum salam və rahmətullahi və bərəkətuh. Yuxu haqqında geniş məlumat əldə etmək üçün Yuxu haqqında məqaləsin oxuyun. Əgər həmin yuxular qorxulu yuxulardırsa, bu, şeytanın vəsvəsəsi ola bilər. Bundan qorunmaq üçün isə Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bizə yatmazdan əvvəl 1 dəfə Ayətul-Kursi (əl-Bəqərə, 255), 3 dəfə də əl-İxlas, əl-Fələq və ən-Nəs surələrini oxuyub yatmaq tövsiyə etmişdir. Hədislərə görə kim bu duaları və zikrləri yatmazdan əvvəl oxuyarsa, səhərə qədər cinlərin, şeytanların şərrindən və vəsvələrindən Uca Allah onu qoruyar. Bu və digər gündəlik məişətdə qarşılaşdığımız hallar üçün daha ətraflı məlumat üçün yaxşı olar ki, "MÜSƏLMANIN QALASI" -- Quran və Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) şəriətində müsəlmanların sığınacağı dualar və zikrlər adlı kitabçanı dini dükanlardan əldə edəsiniz. Bu surələr haqqında daha ətraflı məlumatı saytımızın Quran bölməsindən əldə edə bilərsiniz.

Həmçinin şəriətə görə ölmüş insan üçün Quran oxumaq sonradan dində sonradan əmələ gəlmiş yenilikdir. Peyğəmbərin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) zamanında belə bir şey olmamış, o, nə özü bunu etmiş nə də başqalarına bunu əmr etmişdir.
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Hər bir bidət zəlalətdir, hər bir zəlalət isə cəhənnəm odundadır".
Başqa bir hədisdə isə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Kim bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edərsə, etdiyi rədd olunar". (əl-Buxari və Muslim).
Ölən şəxs mömin və ya körpə olubsa, Uca Allahdan onun üçün bağışlanma diləmək, cənnətə daxil etməsini və sorğu-sualını asan etməsini və s. istəmək daha məqsədə uyğundur.

Teqlər: 
Paylaş: