Namaz qılarkən dəstəmaz pozularsa, nə etmək lazımdır?
Sual:
Salam aleykum. Namaz qılan zaman dəstəmaz pozulsa namazı axıra çatdırıb yenidən dəstəmaz alıb başlamaq,yoxsa namazı yarımçıq qoyub dəstəmaz almaq lazımdır?
Cavab:
Aleykum salam. Rəsulullah (salallahu aleyhi və səlləm) buyurmuşdur: "Namaz qılarkən kimin dəstəmazı pozulacaq olarsa, dərhal namazdan çıxsın! Əgər camaatla qılınan bir namazdırsa, burnunu tutaraq ayrılsın!" (Əbu Dəvud, Salat, 236, hədis nömrə: 1114). Burnunu tutmasını isə camaata burnu qanamış və s. zənnini vermək üçündür. Bu davranış, bir növ ədəbə riayət etməkdir. Əgər bu hal camaat namazında imamda baş verərsə, imam namazdan ayrılarkən yerinə birini təyin edib ayrılmaldır. Həmçinin oxuyun: Namazı batil edən hallar