Qüsl aldıqdan sonra səhər yenidən axıntı gələrsə, oruc pozulurmu?
Sual:
Salam. Bjldiyimz kimi qadinlarin pak olmayan vaxtlarinda oruc tutmalari olmaz. Men onda sonra qusullanib yeniden niyyet edib oruca davam etdim ancaq seher yuxudan oyananda 1 2. Damci maye axintisi var idi . Orucum pozulmus olur ?
Cavab:
Aleykum salam. Qüsldan sonra axan qanın yəqinliklə aybaşı olduğuna əmin olsanız, oruc tutulmur, çünki heyz halında qadın oruc tutmur. Heyzdən təmizləndikdən sonra isə buraxdığı günlərin sayı qədər qəzasını tutur. Əgər aybaşıya aid olmayan axıntı olarsa, bu zaman oruc tutmaqda davam edirsiniz. Həmçinin oxuyun:
Heyz qurtarandan sonra kiçik qan ləkəsi gələrsə oruc və qüsul pozulurmu?
Heyzin müddəti uzun çəkirsə, nə vaxtdan namaz qılmalıyam?