Tövbə edənin sıxıntısının azalıb ruzisinin çoxalması doğrudurmu?
Sual:
Salam aleykum zehmet olmasa tovbe ve istigfar haqqinda hedisler yazardiz texmini bele hedis var kim istigfar ederse sixintilari azalar ruzisi coxalar bu hedisi yazardiz.Allah sizi qorusun elminize bereket versin.
Cavab:
Aleykum salam. Bəli, Uca Allah buyurur: "Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gücünüzü daha da artırsın. Günahkarcasına üz çevirməyin". (Hud, 52).
"Tövbə edib Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, tövbə edən bəndəsinin günahlarını çox bağışlayandır! O sizə göydən bol yağış göndərər; O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və çaylar axıdar!" (Nuh, 10-12). Daha ətraflı:
Ruzinin artması üçün nə etməliyik?
Tövbə etsəm, Allah bağışlayarmı?
Bağışlanma diləmək və tövbə etmək