Kəhf surəsinin 83-99-cu ayələri və Zülqərneyn haqqında
Sual:
Salam aleykum.kəhf surəsi 83-99 ayələrdə zülqərneyn haqda yazılıb.zəhmət olmazsa məlumatınız varsa cavablandırarsız bu sualları:
1.Zülqərneyn kimdi?peyğəm bər yoxsa hökmdar?bəzi mənbələrdə isgəndər hökmdarəın olduğu yazılıb.bu düzdür?
2.rast gəldiyi tayfalar nə tayfalardır?
3.günəşin batdığı və doğduğu yerlər dedikdə haralar nəzərdə tutulur?
4.ayələrdə 3cü tayfanın sözbilməz olduğu və yəcuc və məcucdan şikayətləndiyini görürük.axı yəcuc və məcuc qiyamətin baş verəcək böyük əlamətlərindən biridir.hələ bu əlamət b aş verməyibsə zülqərneyn hansı dövrə aiddir.?
Allah razı olsun.
Cavab:
Aleykum salam.
- Bu cavabı oxuyun: Zülqərneyn kimdir? , Zülqərneyn peyğəmbərdirmi?
- Bu cavabı oxuyun: Yəcuc və məcuc tayfaları haqqında
İbn Kəsir deyir: "Günəşin batdığı yer olaraq təsvir edilən bölgə dünyanın ən qərb nöqtəsi ola bilər. Yenə də Zülqərneyn ikinci dəfə yola çıxdıqda bu dəfə şərq tərəfə doğru gedir. Ayədə günəşin doğduğu yer olaraq təsvir edilən bölgə isə dünyanın ən şərq nöqtəsi ola bilər. (Ən doğrusunu Allah bilir)".
Bu haqda məşhur təfsir alimi Əbu Abdullah Muhəmməd ibn Əhməd ibn Əbu Bəkr əl-Qurtubi (rahiməhullahu) belə deyir: "əl-Qaffəl dedi: Bəzi alimlər deyir: Burada onun günəşin batma və çıxma yerlərinə yetişdiyi, hətta onun cisminə çatıb ona toxunması qəsd olunmur. Çünki günəş yerə toxunmadan yerin ətrafında səma ilə birlikdə dövr edir və o, Yer üzünün çeşmələrindən hər hansı bir çeməyə sığa bilməyəcək qədər böyükdür, əksinə o, yerdən saysız dəfələrlə böyükdür. Lakin bununla qəsd olunan budur ki, o, günəşin batma və çıxma istiqamətindən ən axırıncı yaşayış yerinə çatmış və gözündə göründüyü şəklə uyğun olaraq onun suyu bulanıq olan bir çeşmədə batdığını görmüşdür. Necə ki, biz hamar bir yerdə onun sanki yerə girdiyini müşahidə edirik və buna görə də Uca Allah deyir: "Nəhayət günəşin doğduğu yerə çatdıqda onu elə bir qövm üzərində doğan gördü ki, onlar üçün günəşə qarşı heç bir sipər yaratmamışdıq". (əl-Kəhf, 90). Bununla bir-birilərinə toxuna biləcək, dəyə biləcək şəkildə günəşin onların üzərində çıxdığı qəsd olunmur. Lakin günəşin ilk olaraq onların üzərilərdə doğduğu qəsd edilir. əl-Qutəbi deyir: "Ola bilsin ki, bu çeşmə dənizin bir hissəsi idi və günəşin onun arxasında və ya onunla və ya o tərəfdə gözdən itməsi mümkündür, beləliklə sifətin hərfi ismin yerinə keçmişdir". (əl-Qurtubi "əl-Cami li Əhkamil-Quran", 13/370; Muəssəsətur-Risalə, birinci nəşr: 1427/2006).
Quranı ərəb dilinin incəlikləri baxımından təfsir etmiş məşhur alim Əbu Səid Abdullah ibn Ömər əş-Şirazi əl-Beydavi (rahiməhullahu) isə belə deyir: "Ola bilsin ki, okeanın sahilinə gəlmiş və (günəşi) bu şəkildə görmüşdür, çünki görmə dairəsində sudan başqa bir şey yox idi. Bunun üçün də "batan gördü" demişdir", (o, suda) batdı" deməmişdir". (əl-Beydavi, "Ənvarut-Tənzil va Əsrarut-Tə'vil", 3/291; Daru İhya ət-Turas əl-Arabi, Beyrut, birinci nəşr).
Həmçinin məşhur təfsir kitabı "Təfsiru-l-Cəlaleyn"də isə belə deyilir: "Nəhayət, günəşin məğribinə" yəni batdığı yerə "gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü", löhməli idi və bu, qara palçıqdır və günəşin batması insan gözünün gördüyü şəkildə batmasıdır, yoxsa günəş dünyadan böyükdür". (əl-Quran əl-Kərim va bi Həmişihi Təfsiril-İməmeynil-Cəlileyn, səh: 303; Daru İbn Kəsir).