Ürəyin tez-tez sıxılması və pis hadisənin olacağını düşünmək nə ilə bağlıdır?
Sual:
salam.üreyim tez-tez sıxılır.Ne ise olacaqmiw kimi yani nese hadisemi qezami.üreyim daima qaranliqlar icinde.menim 18 yawim var.Namaz qiliram.Sizce bun ne ile elaqedardir.Cavablandirsaniz cox wad olaram!
Cavab:
Aleykum salam. Bu, şeytanın vəsvəsələrinə görədir. Gün ərzində Quran oxunmasına qulaq asmaq, ibadətlərin yerinə yetirmək və Allahı çox zikr etmək lazımdır. "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın! ("Əuzu billəhi minəş-şeytanir-racim" sözlərini de!). Çünki O, Eşidəndir, Biləndir". (Fussilət, 36). Həmçinin oxuyun:
Müsəlmanın qalası (gündəlik dualar və zikrlər)
Cadudan necə qorunmaq olar?