Peyğəmbərimizin qızı Fatimə neçə yaşında vəfat edib?

    12.09.2015
Kimdən: 
səhra
Sual: 
Salamun Aleyküm. Bilmək istərdim Fatimeyi Zəhra anamız neçə yaşında dünyasını dəyişib? Oxuduğum kitablara əsasən bir neçə yaş versiyası arasında qalmışam. 18 yaş,29 yaş yə s. Xahiş edirəm doğru məlumatla aydınlıq gətirəsiniz. Allah sizdən razı olsun inşallah! Haqqınızı halal edin.
Cavab: 

Aleykum salam. Fatimənin (Allah ondan razı olsun) dünyaya gəldiyi və vəfat etdiyi tarixlə əlaqədar müxtəlif fikirlər var. Üstünlük təşkil edən görüşə görə Fatimə peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) göndərilməsindən qısa bir müddət öncə, miladi təqvimlə 605-ci ildə Məkkədə dünyaya gəlmiş və Ramazan ayının 3-ü, hicrətin 11-ci ilində (29 yaşında) Mədinə şəhərində vəfat etmiş və Bəqi qəbirstanlığında da dəfn edilmişdir. (Muhəmməd əl-Həbəş, "Siratu Muhamməd salləllahu aleyhi və səlləm" kitabı). İbn Kəsir demişdir:
"Fatimə, Allah Rəsulunun vəfatından 6 ay sonra dünyasını dəyişdi. O, nənəsinin (ata anasının) adı ilə özünə kunyə də götürmüşdür. (Ummu Əminə). Allah Rəsulu ona demişdir ki, yaxınlarımdan mənə ən tez qovuşan sən olacaqsan! Bunu eşidən Fatimə kədərləndikdə, Allah Rəsulu ona belə demişdir: "Məgər Cənnət qadınlarının seyyidəsi (ağası) olmaq istəmirsənmi!?" Məşhur olan görüşə görə xanım Fatimə peyğəmbərimizin ən kişik qızı idi". (İbn Kəsir, əl-Bidəyə va ən-Nihəyə, 6/365). Həmçinin oxuyun:
Fatimə haqqında
Fatimə niyə gecə dəfn edilib?
Ömər Fatiməni qapının arasında qoyaraq öldürübmü?

Teqlər: 
Paylaş: