Aşağıda qeyd olunan hədislər səhihdirmi?

    12.10.2015
Sual: 
Salam aleykum. 1) peygemberimizden axir zaman atalarina aid hedisi varmi ki onlar ovladlarina dini oyretmeyecekler hetta oyrenen zaman onlara mane olacaqlar? Men bele bir hedis esitmisem ama deqiqliyini bilmirem.2) Peygemberimizden suyu butulkadan icmemeye dair hedis gelibmi? 3) Peygemberimizin agaci yanina cagirmasi hadisesi dogrudurmu? 4) olenlere yasin oxuyun(Əhməd,5ci,26) hedisi barede melumat vererdiz Allah razi olsun amin
Cavab: 

Aleykum salam.

1. Qeyd etdiyiniz rəvayətlə bağlı araşdırma zamanı onun səhihliyinə, yaxud sənədinə dair heç bir məlumata rast gəlmədik. Bəzi elm əhli bu rəvayətin şübhəli olduğunu, bəziləri isə uydurma, zəif olduğunu bildirdilər. Rəvayətin mətni belədir: Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Axır zamanda yaşayan valideynlərin vay halına!" Dedilər: "Niyə ey Allahın Rəsulu? Onlar müşrikmi olacaqlar?" Peyğəmbər buyurdu: "Xeyir, müsəlman olaraq qalacaqlar. Ancaq öz övladlarına dini öyrətməyəcəklər və hətta övladları dini öyrənmək istədiklərində onlara mane olacaqlar, onları dünya malı qazanmağa və haramlara sövq edəcəklər. Mən belə valideyinlərdən uzaqam, onlar da məndən uzaqdırlar".

Lakin Qurani Kərimin bu ayəsinin: "Onlardan gücün çatdığı kimsələri səsinlə (günah)a təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər". (əl-İsra, 64) şərhində, Abdurrahmən ibn ən-Nasir əs-Səədi (rahiməhullahu) buna oxşar bir izah vermişdir: "...Sən onların var-dövləti və övladları ilə əlaqədar olan bütün günahlarının iştirakçısı olacaq­san. Onlar sənin məsləhətlərinə qulaq asaraq, zəkat və fərz sədə­qələr verməyə xəsislik edəcəklər, öz maddi vəzifələrini yerinə yetirməkdən boyun qaçıracaqlar, öz uşaqlarının tərbiyəsinə nəza­rət etməyəcəklər, onlara xeyirli işlər görməyi və pisliklərdən çəkinməyi öyrətməyə­cəklər, özgə malını zalımcasına mənimsəyə­cəklər, öz varidatını yanlış sərf edəcək və çirkli pullar qazana­caqlar". (Quran Təfsiri - əs-Səədi).

2. Şüşə qablarda su içmək olar. Əsas odur ki, çatlaq yaxud kənarları qırılmış olmasın. Allah Rəsulu suyu üç nəfəsə içər və bu barədə belə buyurardı: "Dəvə kimi bir nəfəsə içməyin. İki və ya üç nəfəsə için. Bir şey içəndə "bismilləh", içəndən sonra isə "əlhəmdulilləh" deyin!" (Tirmizi, "Əşribə", 13). Həmçinin buyurmuşdur: "Sağ əlinizlə yeyib-için, çünki şeytanlar sol əli ilə yeyib-içərlər". (Muslim, "Əşribə", 105).
Heç bir üzrlü səbəb yoxdursa, su oturub içilməlidir. Həmçinin oxuyun: Çatlaq, yaxud kənarı qırılmış qabdan istifadə etmək olarmı?

3. Bəli, qeyd etdiyiniz hədis səhihdir. Ənəs ibn Məlik, Əli ibn Əbu Talibdən (radıyallahu anhum) rəvayət edir ki, Allah Rəsulu kafirlərin onu təkzib etməsindən dolayı hüzünlü bir vaxtında belə dedi: "Ey Rəbbim! Mənə elə bir möcüzə göstər ki, bundan sonra məni yalan sayanlara məhəl qoymayım! Bu hadisə baş verməzdən əvvəl Cəbrayıl (aleyhi-s-sələm) də orada idi. Belə ki, vadi kənarında bir ağac var idi. Cəbrayılın xəbər verməsi ilə peyğəmbər o ağacı yanına çağırdı, ağac da dərhal yanına gəldi. (İbni Məcəh, Fitən: 23, hədis nömrə. 4028; Dərimi, Muqaddim: 3; Musnəd, 1:223, 3:113, 4:177; Qadi İyad, əş-Şifə, 1:302; Ali əl-Qari, Şərhu-ş-Şifə, 1:620; əl-Heysəmi, Məcməu-z-Zəvaid, 9:10; əl-Hindi, Kənzu-l-Umməl, 2:354; Bəzzəz və Beyhəqi də Ömərdən eyni möcüzəvi rəvayəti nəql etmişdir).
Ümumiyyətlə bu haqda səhih hədislər çoxdur. Bu mənbələrə bax: (Qadi İyad, əş-Şifə, 1:299; Həfəci, Şərhu-ş-Şifə, 3:49; Sunən əd-Dərimi; Qadi İyad, əş-Şifə, 1:298; Ali əl-Qari, Şərhu-ş-Şifə, 1:615; Beyhəqi, Dələilu-n-Nubuvvəti: 6:14; əl-Heysəmi, Məcməu-z-Zəvaid, 8:292; İbn Kəsir, əl-Bidəyə va ən-Nihəyə, 6:125; əl-Asqalqni, əl-Mətalibu-l-Aliyəti, 4:16, hədis nömrə: 3836; əl-Hakim, əl-Mustədrak, 2:620; İbni Hibban, Sahih, 8:150. Əlbəni hədisə səhih demişdir).

4. Bəzi qaynaqlarda ölüyə Ya Sin oxumağın icazəli olduğu xəbər verilsədə, həmin rəvayətlərin zəif olğuğu bildirilib. Bu məsələdə ən doğru olan görüş budur ki, ölüyə Quran oxumaq icazəli deyil və bu əməl bidətdir. Daha ətraflı: Ölü üçün Ya Sin surəsini oxutmaq olarmı?

Teqlər: 
Paylaş: