Qadın həkim həddi buluğa çatmış oğlanları müayinə edə bilərmi?
Sual:
Salam aleykum. Mən uşaq həkimiyəm. Əlhəduliləh xəstəxanada çalışıram. Çətin də olsa öz işimi sevirəm. Amma pasiyentləriç 18 yaşına qədər uşaqlardır. Yəni yetkinlik yaşına çatan oğlan uşaqlarına da baxıram.həkimlik borcumdur.sualım budur ki, yetkinlik yaşına çatan oğlan uşaqları naməhrəmdirsə mənim onlara baxıb ,müayinə və müalicə eləməyimin hökmü nədir? Allah razı olsun.
Cavab:
Aleykum salam. Həddi-buluğa çatmış oğlan qadına naməhrəm sayıldığı üçün zərurət hallar istisna olmaqla qadının ona toxunması, təklikdə qalması və s. qadağandır. Müsəlman qadın bu cür xəstələri müayinə edərkən zərurət çərçivəsindən kənara çıxmamalı, yalnız ehtiyac olduğu qədər bədənə baxmalı və ya toxunmalıdır. Həmçinin naməhrəmlə otaqda tək qalmamalıdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Naməhrəm qadınla tək qalmaqdan çəkinin! Çünki üçüncüsü şeytan olar". (İmam Əhməd, 178; ət-Tirmizi, 2165; "İrva əl-Ğalil", 1813). Həmçinin oxuyun: Qadının işləməsi ilə bağlı şərtlər