Anası ilə danışmayan müsəlmanın ibadətləri qəbuldurmu?
Salam aleykum. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!" (əl-İsra, 23)
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir: "Allah hər günahın cəza vaxtını Qiyamətə qədər təxirə salar. Ancaq valideynə qarşı edilən itaətsizlik bundan istisnadır. Allah ona ölümündən öncə dünyada cəzasını verər". (Tabərani).
Bəzi rəvayətlərdə xəbər verilib ki, üç gündən artıq küsülü qalan müsəlmanların dualarını, onlar barışana qədər Uca Allah qəbul etməz. Amma bunun başqa ibadətlərə aid olması ilə bağlı məlumat verilməyib. Həmçinin oxuyun:
Valideynləri incitməyin günahı haqqında
Küsmək barəsində