Namazı qurtardıqdan sonra zikrləri mütləq oturaraq etməliyikmi?
Sual:
Əs sələmun aleykum və rəhmətullahi və bərəkətu.1.Namaz qildiqdan sonra zikrleri oturub etmek lazimdir yoxsa durub bawqa yerde de etmek olar.etmesek gunahdirmi.? Oturduqda melekler insana dua edirmi?2 peygemberimiz (sallallahu aleyhi va səlləm ) yoldan kecerken yeyib icen insanlari gorub inlara nuw olsun deyir.qayitdiqda ise insanlarin çox icdiyi gorub onlara haram olsun deyir.bu revayet dogrudurmu?
Cavab:
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu.
- Namazda salamlardan sonra zikrləri oturub etmək daha yaxşıdır və sünnəyə daha uyğundur. Ancaq durub getməyə ehtiyac varsa, zikrləri başqa yerdə də etmək olar və buna görə günah yazılmır. Həmçinin oxuyun: Salam verib namazı bitirdikdən sonra edilən zikrlər
- Qeyd edilən rəvayətin heç bir əsası yoxdur və uydurma hədislərdən sayılır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Çox miqdarı sərxoş edənin (içki və digər şeylər) azı da haramdır". (Əbu Davud, ət-Tirmizi, İbn Məcəh)."Zinakar zina etdiyi zaman mömin deyildir, şərab (sərxoşedici) içən onu içdiyi zaman mömin deyildir, oğurluq edən onu etdiyi vaxt mömin deyildir". (Əbu Davud, ət-Tirmizi, İbn Məcəh). "Hər bir sərxoşedici haramdır. Həqiqətən Allah Təalanın sərxoşedici maddələrdən içənlərə, cəhənnəm əhlinin tərindən içirtməyə əhdi var. Kim şərab (sərxoşedici) içərək ölərsə, Allah Təala ona cəhənnəm sakinlərinin içkisi olan irin içirdər". (Muslim, ən-Nəsai). Həmçinin oxuyun: İçki içməyin günahı