Namaza başlarkən övrət yerlənin tüklərinin təmizlənməsi vacibdirmi?
Sual:
Cox uzr isteyirem namaza bawlarken ebed yerlerinin tuklerinin temizlenmesi vacibdirmi?
Cavab:
Salam aleykum. Ümumən, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bunu əmr etmişdir: "Beş şey fitrətdən sayılır: Xitan (sünnət etdirmək); Övrət yerlərinin tüklərini qırxmaq; Qoltuqaltı tüklərini götürmək; Dırnaqları tutmaq; Bığları qısaltmaq". (Buxari, Muslim).
Useym ibn Kəlb babasından (Allah onlardan razı olsun) belə nəql etmişdir: "Allah Rəsulunun yanına gələrək islamı qəbul elədim və O da belə buyurdu: üzərindəki küfrün tüklərini qırx və sünnət ol!" (Əhməd, Əbu Dəvud).