Cadunu ruqya oxumadan yalnız ibadətlərlə batil etmək olarmı?

    28.09.2015
Kimdən: 
receb
Sual: 
Salam aleykum,1).men istimna ile meşğul oluram.Etmediyim günlerde su geldiyini görürem,amma çox yox 1,2 damla geldiyine göre deqiqleşdire bilmirem hansı sudu iyisi hardasa biraz meninin iyisine oxşayır,men buna göre de qüsl almalıyam? 2).cadunu rüqya yox ancaq namaz qılmaqla,ayetel kürsi ve dualarla batil etmek olur? Eslinde mene cadu olunduğunu tam olaraq deqiqleşdire bilmemişem amma bezi elametler var ki onu xatırladır meselen:azan eşidende pis oluram yeni içimde çox vesvese gelir qaçmaq isteyirem azandan,bezi duaları çox çetinlikle oxuyuram oxuyanda hedden artıq vesvese geldikde esebleşirem stress keçirirem,ele bir defe özüm rüqya oxuyarken de vesveseler geldi men de dayandırdım mecbur,amma bezi dualar var ki onları oxuyanda,hemçinin namaz qılanda az vesvese gelir ayetel kürside müeyyen qeder gelir çox da deyil ,üzr isteyirem çox geyirme de olur,bir defe gece yarısı uzanılı halda oyaq idim birden üzerimde nese uzandığını hiss etdim amma gördümmü yoxsa şüurumda idimi deqiqleşdire bilmedim,hele bele olmamışdan evvel yuxu görmüşdüm yuxunun menasın oxudum size qarşı düşmanlığın gizleyen bir adam var dediler,pak olmayanda gedirem qüsl almağa hemin vaxt yene fikirler başlayır ki qüsl almaqdan qaçım.Amma çetin de olsa alıram.Bu cadudur,yoxsa imandandır? Men ne etmeliyem xahiş edirem kömek edin eger cadudursa bunu hansı yolla batil edim? Rüqya ile alınmır.Gündelik ibadetlerle bezi dualarla batil etmek olmur?
Cavab: 

Aleykum salam. 

  1. Bu barədə peyğəmbərə (salləllahu aleyhi və səlləm) sual verdikdə buyurub ki, əgər çox miqdarda və qatı mayedirsə, bu zaman qüsl almaq lazımdır. Ancaq sadəcə nəmlənibsə, bu məni (sperma) yox məzidir. Məzi isə qüslu yox, dəstəmazı pozur. Belə olduqda həmin paltarı dəyişib dəstəmaz almaq lazımdır. Həmçinin oxuyun: Masturbasiyanı necə tərgitmək olar?
  2. İbadət, Quran oxumaq, zikr və s. ilə cadudan qorunmaq mümkündür, amma cadu artıq varsa, yalnız ibadətlərlə onu təmizləmək çətin olur. Həmçinin dediyiniz əlamətlərdən şeytanın musallat olması görünür. Bu halda bacaran bir şəxsə ruqyə etdirmək lazımdır. Allah şəfa versin.Həmçinin oxuyun: Cadudan necə qorunmaq olar?
Paylaş: