Namazda qiraət nə deməkdir?
Sual:
salamun eleykum.Namazda kraati nedir? oxumaq vacibdir? oxumasaq pozulurmu Namaz
Cavab:
Aleykum salam. Qiraət, ərəb sözüdür, mənası "oxumaq" deməkdir. Namazda qiraət isə namazda Quran oxumağı bildirir. Uca Allah buyurur: "Elə isə (namaz qılarkən) Qurandan (sizə) asan gələni oxuyun!" (əl-Muzzəmmil, 20).
Namazın birinci və ikinci rükətlərində Fatihədən sonra Qurandan bildiyinizi oxuyursunuz. Oxumamaq namazı batil etmir, amma oxusanız daha yaxşıdır.