Cunub olan bir şəxsin olduğu evə mələklər girirmi?
Sual:
Assalamu Aleykum. Cünub olan bir evə Mələklər girərmi?
Cavab:
Aleykum salam. Mələklər qüsulsuz olan adama yaxınlaşmırlar. Bu məsələdə ev deyil, qüsulsuz adam nəzərdə tutulur. Ona görə də bu, qüslu olan digər ev sakinlərinə aid deyil. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurub: ”Üç kəsə mələklər yaxın durmazlar; kafirin cəsədinə, zəfəranlı ətir vurana və cənabət halında olana - dəstəmaz alarsa istisnadır”. (Əbu Davud, 4182).
Həmçinin, oxuyun: Mələklərin it və canlı şəkli olan evə girməməsi