Namaz qılarkən şeytan guya ona ibadət etməyim haqda vəsvəsə verir...

    04.10.2015
Sual: 
Salam Aleykum. Men son vaxtlar herweyden bezmiwem. Namaz qiliram Seytandan beynime pis fikirler gelir. Ele bil weytan menim dilimnen diyirki, "men seytana ibadet eliyirem". "Seytan menim rebbimdir". Ne qeder vesveselerden Allaha siginsamda vesveseler azalmir. Ozume hirslenirem. Bawima vururam yumruqla hirsimnen. Ozumu artiq cehennem ehli kimi hiss eliyirem. Allahin rehmetinden uzaq kimi hiss eliyirem. Allah meni hecvaxt bagiwlamayacaq deyirem ozume. Cox agliyiram. Mene ele gelirki men dogurdanda Allah la birge seytana ibadet eliyirem. Artiq bilmirem ne edim. Belkede seytan istiyirki men Allaha ibadet elemeyden, yeni namaz qilmaqdan imtina edim. Bir ara isteyirdim ibadetimi omurluk saxlamaq(onda vesveseler bele guclu deyildi) . Cunki ozumu bagiwlanmayacaq gunah iwletdiyimde sucluyurdum. Indi ise artiq ondan da pisdi. Bir insandan soruwdum ki belke imannandi? Dedi :he. Dedim Allah belke meni imanimnan sinaga cekir didiki birinci imani sinaga cekir sora caninla sinaga cekir ve saire. Men artiq umudumu uzmuwemki belke bagiwlanam. Namaz qiliram oruc tuturam 15 yashim var, yani Allah bu yawdada insani sinaga ceker? Men artiq bilmirem ne edim.
Cavab: 

Aleykum salam. Bu cür vəsvəsələr heç bir önəm vermədən, fikrini bununla məşğul etmədən namaza davam etmək lazımdır, çünki vəsvəsə ilə mübarizə aparmağın yolu ona fikir verməməkdir. Fikir verməyə başladıqda isə o daha da çoxalır. Namazda vəsvəsə gəldikdə "əuzu billəhi minəş şeytani rəcim" deyərək sol tərəfə üç dəfə yüngül tüpürmək və namaza davam etmək lazımdır. Gün ərzində isə Allahı çox zikr etmək, həmçinin səhər və axşam zikrlərini oxumaq, Quran oxunmasına qulaq asmaq, Quranın mənaca tərcüməsini oxumaq və elmi artırmaq lazımdır. Namazı isə heç bir halda dayandırmaq olmaz. Allaha dua edirik ki, sizə kömək olsun və dində sabit etsin. Daha ətraflı:
Allahla qarşı pis fikirlərdən necə xilas olum? 
Müsəlmanın qalası (gündəlik dualar və zikrlər)
Cadu və vəsvəsədən qorunma yolları

Teqlər: 
Paylaş: