Ateistlər sual verirlər ki, əgər Allah hər şeyə qadirdirsə, onda Allah ölə bilərmi?

    21.10.2015
Sual: 
salam aleykum. bir ateist sual verdi cvb vere bilmedim.deyirki Allah herweye qadirdirse bes Allah ölə bilermi?
Cavab: 

Va aleykum Salam. Bu sualı vermək, cahil insanın bilikli bir riyaziyyatçı alimdən "2+2=5" olduğunu sübut etməsini tələb etməyinə bənzəyir. Riyaziyyaçı alimin bunu sübut edə bilməməsinin səbəbi onun elminin zəif olmasına görə deyil, sualın məntiqsiz olmasına görədir. Ölmək, yox olmaq məxluqlara xas olan naqis sifətlərdəndir. Hər cür nöqsanlardan uzaq olan Allah ölməz, həmişəyaşar, daimi əzəli və əbədidir. Öldürən də, dirildən də Odur. Uca Allah buyurur: "Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar...". (əl-Bəqərə, 255).
"Ölməz, (əbədi) Yaşayana təvəkkül et və Onu həmd-səna ilə təriflə...". (əl-Furqan, 58).

"...Onun Üzündən başqa hər şey məhv olacaqdır...". (əl-Qasas, 88).
"...O, hər şeyə qadirdir. Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir...". (əl-Hədid, 1-6). Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: