"Allahummə bərrini bihəqqi Muhəmmədin salləllahu aleyhi və səlləm" duası nə deməkdir?

    28.10.2015
Sual: 
Salam. "Allahümme berrini bihaggı muhammedin sallallahu aleyhi və səlləm". Bu cümlənin mahiyyətini və tərcüməsini verə bilərsiniz? Əvvəlcədən təşəkkürlər.
Cavab: 

Va aleykumus-Sələm. "Allahummə bərrini bihəqqi Muhəmmədin salləllahu aleyhi və səlləm - Allahım Məhəmməd peyğəmbərin (Ona və ailəsinə Allahın salamı və xeyir-duası olsun) xətrinə mənə ehsan (yaxşılıq) et!"
Qeyd edək ki, bu cür dua etmək icazəli deyil. Çünki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm), övliyaların və s. mübarək şəxslərin hörmətinə, xətrinə istəmək İslamda bidət (dində yenilik) etməklə Allahdan nəsə istəmək sayılır. Nə Quranda, nə də Peyğəmbərimizdən (salləllahu aleyhi və səlləm) bizə çatan səhih hədislərdə buna dəlillər yoxdur. Həmçinin, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) tərbiyəsini almış səhabələr və onların davamçıları da bu cür dua etməmişlər. Amma belə demək icazəlidir: "Allahım peyğəmbəri sevdiyim, ona tabe olduğum üçün mənə yardım et!"
Çünki peyğəmbəri sevmək, ona tabe olmaq ibadətdir. Ancaq bir-başa Peyğəmbərin (salləllahu aleyhi və səlləm) özünün, yaxud cəsədinin xətrinə, hörmətinə nəsə istəmək icazəli deyil. Həmçinin, oxuyun:
"Allaha yaxınlaşmaq üçün vasitə axtarın" ayəsini izah edə bilərsinizmi? 
Müsəlmanın qalası (dua və zikrlər) kitabçası

Teqlər: 
Paylaş: