Valideynlərim hicab bağlamağıma və sevdiyimlə ailə qurmağıma etiraz edirlər...

    22.11.2015
Kimdən: 
*
Sual: 
salam.menim sevdiyim var ve onu evlenmek meqsedile sevirem.ama bize qarwidi evdekiler.anam hicab baqlamaqa izin vermir ,özu namaz qilir. Saytnizdan oyrediyim weyleri tekrar ona bildirdikda bidat olduqunu deyenda men bele gormuwem nenemdan deyir.ama sevdiyim ehli sunnedi menda peygemberin yolunu getmek ve bu bidetlerdan yaxa gurtarmaq isteyirem.ona gorada sevdiyimle evlenmek istirem.her halda valideynler ureklerinda xeyir dua verir ovladina bu duzdur?ama onlarin dedikleriyle evlensem yene bu bitet emelerdan elcekmeye goymazlar.axi men ne edim?
Cavab: 

Və aleykum Salam. Valideynlərin hicab geyinməyə icazə verməmələri düzgün olmadığına görə, bu məsələdə onlara itaət etmək olmaz. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Yaradana asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz". (İmam Əhməd, 1095).
Lakin, çalışmalısınız ki, bu daha böyük fitnəyə səbəb olmasın. Peyğəmbər (Allaın ona və ailəsinə salavatı və salamı olsun) həm valideynin övladı zorla evləndirməsini, həm də övladın valideynin icazəsi olmadan evlənməsini qadağan etmişdir, bunların hər ikisi günahdır. Valideyn övladı evlənməyə məcbur edərsə, övladın imtina etmək hüququ var. Övladın valideynin razılığı olmadan evlənməsi də haramdır və belə nigah batildir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurur: "Himayədar (vəli) və iki ədalətli şahid olmadan bağlanan nikah düzgün deyil". (İbn Hibban, 305/1247; əl-Beyhaqi, 7/125).
Valideynlərin halallığını isə onların susub ürəklərində xeyir-dua verməsilə yox, vəlinizin, yəni atanızın kəbində iştirak edib birbaşa razılıq verməsilə almaq lazımdır. Ona görə də siz sevmədiyiniz insanla ailə qurmağa imtina etməli və sevdiyinizlə evlənmək üçün valideynlərinizi razı salmağa çalışmalısınız. Bunun üzərində bir müddət səbr etməli, çoxlu namaz qılıb və dua ilə Allahdan kömək istəməlisiniz. Valideynlərinizin razılığını almağa çalışaraq şəriətə müvafiq qaydada kəbin kəsdirin. Həmçinin oxuyun:
Anam hicab bağlamağıma icazə vermir, nə edim?
Nigah bağlamağın qaydaları

Teqlər: 
Paylaş: