Ərim öləndən sonra namaz qıla bilmirəm və hər şey mənə mənasız görünür...

    31.10.2015
Kimdən: 
anonim
Sual: 
Salam men 3 gün idi namaza başlamışdım.dine çox bağlıydım.3 günden sonra yoldaşım rehmete getdi.indi namaz qıla bilmirem.her şey mene menasız gelir.sizce bu allaha qarşı inamsızlıqdı ya üreyime şeytan girib?
Cavab: 

Va aleykumus-Sələm. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah buyurur: "Mən mömin qulumun sevdiyi yaxın adamının canını alsam, sonra o buna (səbir edib axirətdə əvəzini alaca­ğına) ümid edərsə, Mənim ona verəcəyim mükafat ancaq Cənnət olar". (əl-Buxari, 5944). Ona görə də namazı tərk edərək Uca Allaha üsyan etmək yox, Onun təqdiri ilə razılaşmaq və müsibətin əvəzində daha xeyirlisini nəsib etmək üçün dua etmək lazımdır. Uca Allah buyurur: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59); "(Qiaymət günü) günahkarlar barəsində (belə deyiləcək): "Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik...". (əl-Muddəssir, 41-43). Həmçinin oxuyun:
Əmimin ölümündən sonra namaz qılmağı dayandırmışam...
İmanı artırmaq üçün nə etmək lazımdır?

Teqlər: 
Paylaş: