Mayka ilə namaz qılmaq icazəlidirmi?
Sual:
salam aleykum bilmek isterdim mayka ile namaz qilmaq olarmi?
Cavab:
Va aleykumus-Sələm. Mayka ilə namaz qılmaq olmaz. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Sizdən biriniz çiyinləri olmayan bir paltarda namaz qılmasın!" (əl-Buxari, 359; Muslim, 516). Çiyni örtən qısaqol köynəklərdə isə namaz qılmaq olar. Həmçinin oxuyun: Namazda bəyənilməyən əməllər hansılardır?