Niyə görə Osmandan öncə, Əli xəlifə olmadı və Osman Əbu Zəri sürgün edibmi?

    19.11.2015
Kimdən: 
Yusufun atası
Sual: 
Əs Salamu Aleykum. Biri mənə sual verirki nəyə görə Hz Osmandan əvvəl Hz Əli xəlifə olmadı. İkinci sualı isə belədir Nəyə görə hz Osman xəlifə olanda peyğəmbərin(s.a.v)dostu Abuzər Gifgarini sürgün etdi?
Cavab: 

Və aleykum Salam.
1. Həqiqi əqidə sahibi olan müsəlman bilməlidir ki, hər şey Uca Allahın istəyi, elmi və yazısı ilə olur və O, hikmət sahibidir. Xəlifəni də Allah seçir. Osmanın da Əlidən (Allah onlardan razı olsun) öncə xəlifə olmasını həm Uca Allah, həm Əli ibn Əbu Talibin özü, həm də digər səhabələr (Allah onlardan razı olsun) istədilər. Əlinin Osmandan (Allah onlardan razı olsun) narazı olmağı heç bir səhih rəvayətdə öz əksini tapmayıb. Əksinə, o, daim Əbu Bəkr, Ömər və Osmana (Allah onlardan razı olsun) təriflər və rəhmət oxuyub. Daha ətraflı:
Bəzi şəxslər Əbu Bəkrə, Ömərə və Osmana niyə pis münasibət bəsləyirlər?
Tarix "Qədir Xum" hadisəsini necə izah edir?
Xilafətlə bağlı sual 

2. Doğrudur bəzi bidətçi (dində yenilik edən) Osmanın Əbu Zərrə (Allah onlardan razı olsun) zülm edərək Rəbəzə adlı yerə göndərməsindən, sürgün etməsindən yazırlar. Lakin həqiqət belə deyil. Qeyd edək edək ki, həmin bidət əhlinin bu haqda dəlil olaraq gətirdikləri əksər rəvayətlər Yəqubi və Məsudi adlı şəxslərin rəvayətlərinə dayanır ki, onların da hər ikisi İslam aləmində etibarları olmayan və bidətçi sayılan şəxslərdən sayılırlar. Səhih islam qaynaqlarından sübut olaraq gətirməyə çalışdıqları bütün hədislər isə zəifdir və bir çoxunun heç isnadı belə yoxdur. Xüsusən də İmam Zəhəbinin "Tərixu-l-İsləm" əsərində bu məsələ haqqında nəql etdiyi rəvayətlər, bu barədə olan səhih hədislərə ziddir. Ancaq səhih olanı odur ki, Əbu Zərrin (Allah ondan razı olsun) Rəbəzəyə getməsi məcburi olmamışdı. Məgər, səhabə olan şəxs xəlifənin yanından başqa bir məntəqəyə yaşamağa gedə bilməz?! Neçə-neçə səhabə var ki, Afrikada, Orta Asiyada, Asiyanın cənub-şərqində indiki müsəlman ölkələrində dəfn olunublar.

Paylaş: