Qırmızı xalçada namaz qılmaq olarmı?

    09.11.2015
Kimdən: 
Seide
Sual: 
Salam. Qırmızı xalçada namaz qılmaq olarmı? Xalçanın üzerinde dınınşekil var. İkinci sualım ise beledi. Namaz paltarım yoxdu ama şalvar geyınıb üstünden dize kimi qolu uzun xalat geyınıb ele qılıram. Bele qılmaq olarmı? Namazda her 1-2 rğketde ayaq üste Besmele Fatıha ve ixlas 2-3 rüketde ayağ üste Fatıhe oxuyuram. Bele düzgün qılıramı? Evvelceden teşekkürler
Cavab: 

Va aleykumus-Sələm.
1. Üzərində namaz qılınan xalçanın rənginin necə olmasının fərqi yoxdur. Daha ətraflı: Üzərində məscid şəkli olan cənamazla namaz qılmaq barədə
2. Qeyd etdiyiniz şəkildə namaz qılmaq olmaz. Qadın namaz qılanda bütün bədəni örtülməlidir və əzaları görsənməməlidir. Namaz paltarı yoxdursa, uzun yubka ilə qıla bilərsiniz. O da yoxdursa, namaz qılmaq üçün uyğun paltar tapana qədər həmin paltarla və ya bir şeylə bürünüb namaz qıla bilərsiniz. 
3. Birinci və ikinci rükətlərdə Fatihə və İxlas surələri oxunur. Üç rükətli namazda üçüncü, dörd rükətli namazlarda isə üçüncü və dördüncü rükətlərdə yalnız Fatihə surəsi oxunur.

Teqlər: 
Paylaş: