Qardaşım mənim namazımı və Kərbəlaya getməyimi tənqid edir...

    26.11.2015
Kimdən: 
anonim
Sual: 
Qardaşım hər dəfəsində məni kərbəla ziyarətimi namazımı tənqid edir.Deyirki hər dəfə kedirsənn vərdiş halını almısan...Deyirəmki gəl səni göndərim get gəl sonra söhbət edərik .o başa düşmür məni hər dəfəsində məni alcaldır Aılaha şəkk edir...Deyirki noldu hər şey Allah edir Əstəgfurallah...məndə əsəbləşirəmm onunla dalaşıram butun savablarımı itirirəm..Bilmirəm nə edəcəyimiii...
Cavab: 

Salam aleykum. Qardaşınızın sizin namaz qılmağınızı tənqid etməyə haqqı yoxdur, çünki namaz Uca Allahın hamıya olan əmridir. Uca Allah buyurur: "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım". (əz-Zariyat, 56). 
Siz onu əxlaqla, səbr və hikmətlə haqqa dəvət etməyə çalışmalısınız. Uca Allah buyurur: "İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et!" (ən-Nəhl, 125). Daha ətraflı:
İslama dəvət necə olmalıdır?
Namaz qılmayan Cənnətə girə bilərmi?
Kərbəlaya getmək əvəzinə isə həccə getmək lazımdır, çünki Quranda və səhih hədislərdə Uca Allah Kərbəlaya yox, həccə getməyi əmr edib. Daha ətraflı:
Həcc, Kərbəla və Məşhəd ziyarətləri haqqında

Teqlər: 
Paylaş: