Nəyə görə heyz olan qadınla cinsi əlaqəyə girmək olmaz?
Salam aleykum. Heyz vaxtı cinsi əlaqəyə girməyi Allah qadağan edib. Uca Allah buyurur: "Səndən heyz barəsində soruşurlar. De: "Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da". (əl-Bəqərə, 222).
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Kim aybaşı olan qadınla və ya qadına arxa orqanından yaxınlıq edərsə, yaxud sehrbazın yanına gəlib onun dediklərini təsdiqləyərsə, artıq Muhəmmədə (salləllahu aleyhi və səlləm) nazil olanı inkar etmişdir". (ət-Tirmizi, 135; İbn Məcəh, 639). Digər hədisdə deyilir: "Qadına arxasından (arxa orqanından) yaxınlaşan lənətlənmişdir". (İmam Əhməd, 10206; Əbu Davud, 2164). Heyz vaxtı cinsi əlaqəyə girmək tibbi cəhətdən də ziyandır və müxtəlif xəstəliklərin əməl gəlməsinə səbəb olur. Həmçinin oxuyun:
Heyz bitdikdən sonra qüsl almamış cinsi əlaqədə olmaq olarmı?
Heyzli qadına cinsi yaxınlıq edənin hökmü