Heyz bitdikdən sonra qüsl almamış cinsi əlaqədə olmaq olarmı?
Və aleykum salam. Qadın heyzdən təmizlənib heyz qüslü almayana qədər ərinin onunla yaxınlıq etməsi haramdır. Uca Allah bu xüsusda buyurur: "Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın" (əl-Bəqərə, 222). Alimlər bildirmişlər ki, ayədə "Onlar təmizləndikdən sonra" deyildikdə "heyz qüslü aldıqdan sonra" nəzərdə tutulur. Qadın heyz qüslü almamış onunla yaxınlıq edən tövbə etməlidir və kəffarə verməlidir. Bu kəffarənin miqdarı isə bir dinar və ya yarım dinardır. İbn Abbas (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) zövcəsi ilə heyzli halda cinsi əlaqədə olan kişi barədə belə demişdir: "Bir dinar və ya yarım dinar sədəqə verməlidir". (Əbu Davud, 264, 2170; ən-Nəsəi, 289, 370). Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dövründə bir dinar 4.25 qram qızıla bərabər idi. Həmçinin oxuyun: