"Ayətul-Kursini" vərəqə yazıb oxumaq olarmı?

    08.12.2015
Kimdən: 
Aytan
Sual: 
Allahin salami olsun her birinize.Sizden xais edirem menim suallarimi tezlikle cavablandirasiz.Evvelceden tewekkur edirem.sual 1-Ayetul Kursunu vereqe yazib uzden her zaman oxumaq olarmi? sual 2-duani oxuyarken basqa seyler duwundukde hemin duwunduyumuz ola bilermi? sual 3-icimizde qarqis kimi filankesi Quran calsin demek dogrudurmu? men icimde bezen qarqis edirem isdemeden amma dilimle her kese xosbexltlik arzu edirem sizce bu ne demekdi? Sual 4- Melekler yalniz agzimizdan cixanlari ve emellerimizimi yazir?
Cavab: 

Və aleykum Salam.
1. "Ayətul-Kursini" və ya hər hansı surəni, ayəni və ya duanı vərəqə və ya telefona yazıb üzündən oxumaq olar.
2. Dua edərkən edilən dua haqqında düşünmək, fikri duaya cəmləşdirmək lazımdır, çünki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurub: "Bilin ki, Allah qafil qəlbdən çıxan duanı qəbul etməz". (ət-Tirmizi, 3707). Daha ətraflı: Duaların qəbul olması üçün nə edim?
3. "Filankəsi Quran çalsın" və bu kimi qarğışlar etmək olmaz. Əvvəla, müsibətlər və nemətləri göndərən Quran yox, Allahdır. Həmçinin, müsəlman bacardıqca lənət etməməlidir. O insanın bədbəxt olması üçün deyil, xeyirə yönəlməsi üçün dua etmək lazımdır. Deyin ki, "Allah onu doğru yola yönəltsin", "Allah islah etsin, hidayət versin" və s. O insan düzələrsə, sizə ondan ziyan dəyməz. Daha ətraflı: İslam dini lənəti bəyənirmi?
4. Mələklər günah olan hər bir sözü, gözlə olunan pis niyyətli baxışları və hər bir günah olan hərəkəti yazırlar. Həmçinin, savab olan hər bir sözü, əməli, savab olan hər bir hərəkəti, hətta təbəssümü qeydə alıb yazırlar.

Teqlər: 
Paylaş: