Ərimin yanında olanda fitnə çıxmaması üçün əlləri açıq namaz qılıram...

    09.12.2015
Sual: 
Salam aleykum. Yoldaşım mənim əlimi bağlayaraq namaz qıldığımı görüb, hirslənib və deyib ki, bir də namaz qılma bu evdə. mənə ya əli açıq namaz qılmağı,ya da ümumiyyətlə qılmamağı əmr edir. Hazırda namazı davam edirəm.ama ərimi aldadıram ki, ali açıq qılıram. O yanımda olanda aramızda problem yaranmasın deyə əli açıq qılıram.bilirəm günah edirəm.yalan danışıram.deyəcəksiniz ki. ALLAH dua elə.yoldaşınp başa sal. Edirəm dua.başa salmağa da çalışıram.ama dava düşür.məsləhət verin xahiş edirəm.etdiyim əmələ görə namazım qəbul olunmaya bilərmi?Allah razı olsun .
Cavab: 

Və aleykum Salam. Namazda əlləri bağlamaq sünnədir. Namazda məcburiyyət qarşısında əllərin açılması namazı batil etmir. Ailənin dağılması isə pis nəticələr verə bilər. Onun yanında əllərinizi açıb namaz qıla bilərsiniz ki, ailəniz dağılmasın. Lakin, ərinizi başa salın ki, namazda əllər bağlanır. Bunun həm səhih hədislərdə çoxlu dəlilləri var, həm də müsəlmanların 90%-i belə namaz qılır. Lakin, namazda əllərin açıq olması barəsində heç bir səhih hədis yoxdur. Daha ətraflı: Namazda əlləri necə tutmaq lazımdır?

Teqlər: 
Paylaş: