Qarışqaları yandırmaq böyük günahdır?

    10.12.2015
Kimdən: 
Əli
Sual: 
Salam aleykum. Qarışqaya zərər vermək və ya öldürmək günahdir? Günahı başqasına danışmaq olmaz, amma bu mənim ürəyimi çox sıxır. Bizim evdə qarışqalar var iydi, və mən artıq bezmişdim onlardan. Bir neçə vaxt yox idilər, və məndə elə bildim ki bunlardan artıq əsər əlamət qalmayıb. Həmdə o gün deyəsən hirsli idim. Və bir neçə qarışqa gördüm, və onları zajiqalka (qaz yandıran) ilə yandırıb öldürdüm. Bu mənim ürəyimi yadıma düşəndə çox sıxır. Fikirləşirəm Allahın qabağında nə cavab verəcəm. Mən tövbə etmişəm, və o gündən qarışqalara zərər vermirəm, öldürmürəm. Əksinə, onları görəndə üzümdə təbəssüm yaranır. Bu günahımı Allah bağışlayar? Əvvəlcədən Allah sizdən razı olsun. Çoxsağolun.
Cavab: 
Və aleykum Salam. Zərər verən həşəratları öldürmək olar. Lakin, onlara odla əziyyət verərək öldürmək günahdır, çünki, odla Allah cəza verir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "...odla yalnız Allah əzab verir!" (əl-Buxari, 2954). Tövbə edin və bir daha belə etməyin. Daha ətraflı: Hansı heyvanları öldürmək olar?
Teqlər: 
Paylaş: