"Tövbəmi pozsam, ən böyük arzum həyata keçməsin" demək olarmı?
Sual:
Salam tovbe elemiwdim Qurana el basmiwdim ve en cox istediyim weyle riks girmiwdimki tovbemi pozsam istediyim olmasin ammaki tovbemi pozdum gunahdirmi?birdeki o istediyim olacaq yoxsaki tovbemi posmuwam deye olan deyil?
Cavab:
Və aleykum Salam. "Tövbəni pozacağım təqdirdə belə olsun" və ya tövbəni pozacağı təqdirdə özünə bəddua etmək düzgün deyil. Uca Allah qullarına qarşı çox mərhəmətlidir, tövbəni pozduqdan sonra yenidən tövbə etmək və günahı tərk etməyə çalışmaq lazımdır.
Tövbənin pozulması ilə nəyin baş verib-verməməyəciyini isə yalnız Allah bilir. Allaha dua edin ki, həm tövbənizi qəbul etsin, həm də arzunuz həyata keçsin. Həmçinin, bilməlisiniz ki, and içmək məqsədilə Qurana əl basmaq Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) etmədiyi bir şeydir. Daha ətraflı: