Quranı ana dilimizdə oxuya bilərəm?

    30.01.2014
Sual: 
Salam aleykum. Qurani Kerimi basha dushduyum dilde yeni ki, oz ana dilimde oxumaya bileremr? Yoxsa ereb dilinde oxumaq lazimdir? Evvelceden teshekkur edirem.
Cavab: 

Aleykum salam. Bəli, Qurani Kərimi öz başa düşdüyünüz dildə oxuya bilərsiniz. Sadəcə yaxşı olar ki, əgər imkanınız və həvəsiniz varsa, ərəb dilində Quran oxumağı öyrənin və gün ərzində yavaş-yavaş oxumağa başlayın. Bu sizin üçün daha faydalı və savablıdır. Hədisdə deyildiyi kimi "hər bir hərfinə on (10) savab var". Həmçinin başqa hədisdə deyilir ki, "sizin ən xeyirliniz Quranı öyrənib-öyrədəndir". Daha ətraflı buranı Quranın tərcüməsini oxumaq olar? oxuyun.

Teqlər: 
Paylaş: