Dəstəmaz alanda dişləri fırçalamaq olar?
Sual:
Salam destamaz alarken dis fircalamaq olar? 2)men 1-2heftedi subh namazina dura bilmirem saati qururam amma ozumden asili olmayaraq durub kecirdirem ve yatiram ne edim ??? Sualima tez Cavab vererdiz zehmet olmasa.... Indiden tesekkurler,.,,
Cavab:
Və aleykum Salam. Dəstəmazdan əvvəl dişləri fırçalamaq olar. Dişləri fırçalamaq və ya misvakdan istifadə etmək təmizlik əlamətidir. Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) misvakdan istifadə edib və bunu ümmətinə də tövsiyə edib. O buyurub: “Əgər çətin olmasaydı, hər namazda misvakdan istifadə etməyi əmr edərdim”. (İmam Əhməd, 9589). Həmçinin, oxuyun: Sübh namazına vaxtında durmaq üçün nə etmək lazımdır?