Ailəli olduğum üçün bəzən sübh namazına durmuram...

    04.01.2016
Kimdən: 
xalide
Sual: 
Salam xalis edirem bu suvalimi tez cavablandirasiz cunku sizin dediyiniz soze baglidi her sey bu suvalima gore uzur isdiyirem ama mecburam sorusmaga.Men teze evliyem bezi vaxdlar seher namazina durmuram basqa vaxdi qezasini qiliram o mene gunah sayilirmi
Cavab: 
Və aleykum Salam. Allaha dua edirik ki, ailənizə bərəkət versin. Yatıb qaldıqda yuxudan duran kimi namazın qəzasını qılmaq lazımdır. Lakin, bilə-bilə namaza durmamaq böyük günahdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır" (əl-Munafiqun, 9)"Vay halına namaz qılanların – o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar" (əl-Məun, 4-5).
Müəyyən səbəblərə görə qüsl ala bilmirsinizsə, təyəmmüm edə bilərsiniz. Daha ətraflı:
Sübh namazına vaxtında durmaq üçün nə etmək lazımdır?
Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?
Teqlər: 
Paylaş: