Ərimin xarici görünüşünə görə valideynləri ona qəzəblənir...

    08.03.2016
Sual: 
Salam Aleykum. Menim yoldasim saqqal saxliyir. Lakin anasi atasi saqqali qebul elemir. Anasi deyir qirxmasan eve gelme.ama ozu de namaz qlir.atasi da deyir mugenbilik peseni davam etmeyince haqqim halal deyil sene. Anasi mene zeng edir deyir geceler yatmiram,fikir edirem,herdefe aglyirki saqqal saxlyir meni biyabir edir..yoldasim olara qarsi pis deyil lakin deyir dinimi qebul eleyin.dunya islerinde size uyaram ama saqqal dinin emridir.indi bilmek isteyirem yoldasima anasini bu meselede uzduyu ucun,ona qulaq asmadgi ucun Allah ona qezeblener?halbuki saqqal Allahin haqqidi.ozu de onlar tersdi soz batmir oz dediklerin ediller.toyumuzu da musiqili eledler mecbur.ama yene olara qarsi hormet edrik
Cavab: 
Va aleykum Salam. Uca Allah valideynlərə qarşı gözəl davranmağı buyurmuşdur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!" (əl-sra, 23). Bununla belə Uca Allaha asi olmaqda valideynlərə itaət etmək olmaz. Peyğəmbər (Allahın ona və ailəsinə salvatı və salamı olsun) buyurur: "Yaradana asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz". (İmam Əhməd, 1095). Saqqal saxlamaq da Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əmri olduğu üçün vacibdir. Bəzi alimlərə görə saqqalın ən az həddi bir ovuc ola bilər. Həmçinin oxuyun:
Ata-ananı incitməyin günahı barədə
Şəriətə görə saqqal saxlamaq vacibdirmi?
Teqlər: 
Paylaş: